Logo

"Pedaqoji təhsildən xəbəri olmayan şəxs Təhsil İdarəsində necə müdir ola bilər? Nazirin xəbəri varmı?"

15.11.2021 13:40 3303 baxış
IMG

"Tehsil.biz" redaksiyasına hüquqlarının pozulduğunu düşünən, işsiz qalmış keçmiş müəllim Eminov Neman Bayram oğlu tərəfindən göndərilmiş şikayət məktubunu təqdim edirik:

"Ulu öndər, dahi şəxsiyyət, ölməz lider Heydər Əliyev demişdir: "Təhsil millətin gələcəyidir". Millətin gələcəyi olan təhsili regionlarda nə səbəbə məhv edirlər? Nə səbəbə təhsil sahəsinə rəhbər vəzifəyə kadr təyinatında düzgün seçim aparılmır?

Təhsil nazirləri, müavinlərinin əksəriyyəti, orada çalışanların əksəriyyəti Azərbaycan Dövlət İqtisad Universitetinin məzunlarıdır. Mən də bu universitetin məzunu olmuşam.

Nə səbəbə mənim pedaqoji sahədə çalışmağıma icazə verilmir?

Ancaq Gəncə Aqrar Universitetinin                " mühasibat-uçotu "fakültəsini bakalavr, magistr pillələrini bitirən cənab Anar Qədimalıyev heç bir pedaqoji stajı olmadan Gəncə şəhər Təhsil İdarəsində müdir vəzifəsində çalışa bilir? 

Təhsil naziri cənab Emin Əmrullayev bir neçə gün əvvəl bildirmişdir ki, qadınların təhsil sahəsində çoxluq təşkil etməsi gələcəkdə problemlər yaradacaq. Kişiyəm, müəllim peşəsinin vurğunuyam, təhsil sahəsində işləmək uşaqlıqdan arzum olub. Əziz, doğma bildiyim müəlliməmin istəyi ilə mən Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunmuşam. Bizim vaxtlarda müəllimlərimizin bizə dediyi valideynlərimizin dedikləri kimi qanun idi. Müəllimlərimiz nə deyirdi o da olmalı idi. Müəllim şərəfli peşədir, müəllimdən həqiqətən də yüksək ad yoxdur.

Respublikamızın rayonlarının ucqar kənd orta məktəblərinin hansı olursa olsun, gedib işləməyə hazıram. Əməkhaqqının azlığı, çoxluğu mənə fərq etməz. Təki mən pedaqoji sahədə, təhsil sistemində fəaliyyətə başlayım. Sizdən xahiş edirəm, mənə köməklik göstərəsiniz".

QEYD: "Tehsil.biz" redaksiyası mövzu ilə bağlı araşdırmalara davam edir və qarşı tərəflərin söz azadlığını tanıyır!

Xəbər lenti