Logo

Tarixdə bu gün 3 DEKABR

03.12.2020 09:24 496 baxış
IMG

Əhəmiyyətli hadisələr

  • 1586 — Amerikadan ilk dəfə Avropaya kartof gətirilmişdir.
  • 1609 — Qalileo Qaliley teleskopu ixtira etmişdir.
  • 1775 — ABŞ-ın ilk dövlət bayrağı qəbul olunmuşdur.
  • 1910 — Paris avtosalonunda mühəndis Jorj Klod ixtira etdiyi neon lampasını təqdim etmişdir.
  • 1912 — Türkiyə, Bolqarıstan, Serbiya və Monteneqro arasında sülh sazişi imzalanmış, I Balkan müharibəsi başa çatmışdır.
  • 1966 — "Naməlum əsgər"in cənazəsinin qalıqları Moskvada Kreml divarları yanında dəfn edilmişdir.
  • 1967 — Keyptaunda tibb tarixində ilk dəfə olaraq ürək köçürülməsi əməliyyatı aparılmışdır. Həkim-professor Kristian Barnard ölümcül yaralanmış 25 yaşlı gənc xanımın ürəyini 55 yaşlı xəstəyə köçürmüşdür.
  • 1971 — Pakistan - Hindistan müharibəsi başlamışdır.
  • 1973 — "YUPİTER-10" kosmik peyki ilk dəfə Yerə Yupiterin tam həcmli şəkillərini göndərmişdir.
  • 1984 — Hindistanda kimya zavodunda qəza nəticəsində 18.000 nəfər həlak olmuşdur.
  • 1988 — Azərbaycan SSR-də mövcud olan hərbi hakimiyyət Azadlıq meydanına 17 noyabrdan yığılmış mitinqçilərə meydanı boşaltmaq əmri vermişdir. Dekabrın 4-nə keçən gecə hərbçilər zorla meydanı boşaltmış, mitinq iştirakçılarını həbs etmişlər.
  • 1994 — "Gürcüstan və Azərbaycan dostluq evi" İctimai İttifaqı təsis olunmuşdur.
  • 1996 — ATƏT-in Lissabon zirvə görüşü başa çatmışdır.
  • 2006 — Venesuelada prezident seçkilərində polkovnik Uqo Çaves qalib gəlmişdir.

Doğumlar

  • 1481 — II Bəyazid, Osmanlı padşahı.
  • 1948 — Ozzi Osborn, ingilis vokalist, bəstəkar, Black Sabbath qrupunun üzvü və yaradıcılarından biri.
  • 1953 — Şikar Şikarov, Azərbaycanın Milli Qəhrəmanı.
  • 1986 — Sultan Hakim, Görkəmli jurnalist

Ölümlər

  • 1048 — Əl-Biruni, Şərq mütəfəkkiri.
  • 1984 — Vladimir Roxlin, riyaziyyatçı alim.

Bayramlar və xüsusi günlər

  • Beynəlxalq Əlillər Günü

İstinadlar

  1. ↑ BMT Baş Məclisinin 14 oktyabr 1992 tarixli, 47/93 nömrəli Qətnaməsi

Xəbər lenti