Logo

“İkinci Qarabağ müharibəsi müasir Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir”-mövzusunda onlayn tədbir

15.11.2021 15:25 431 baxış
IMG

Noyabrın 12-də Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Aytac Zeynalovanın təşkilatçılığı ilə  Magistratura şöbəsinin tələbələri şanlı Zəfər Bayramına  həsr olunmuş “İkinci Qarabağ müharibəsi müasir Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir” mövzusunda  tədbir keçiriblər. 

Onlayn şəkildə keçirilən tədbirdə dosent Aytac Zeynalova  tədbir iştirakçılarını Zəfər Günü və Azərbaycan Respublikasının Konstitusiyası Günü münasibətilə təbrik edib, dəvət olunmuş qonaqlara təşəkkürünün bildirib.

O, xalqımıza zəfər sevincini yaşatmaqla hər biri bir dastan yaratmış şəhidlərin ali məqamından, qalibiyyətimizin tarixindən söz açaraq qədim türklərin geniş coğrafi təfəkkürü, irimiqyaslı siyasi-hərbi hadisələrə nəzarət etmək bacarığı, hərb meydanında müxtəlif taktiki manevirlərlə iştirak etmə qabiliyyətinin bu gün Azərbaycan əsgərinin şəxsində dünyanı heyran qoyduğunu da qeyd edib.
Tədbirin qonaqları Azərbaycan Dillər Universitetinin məzun şəhidlərindən biri-  ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş Əzim Həsənovun anası Şəhla xanım Həsənova, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmiş kapitan Abdullayev Faiq Savaddin oğlu, ehtiyatda olan baş gizir, “Suğovuşanın azad olunmasına görə” medalı,  “Qüsursuz xidmətlərə görə” I,II,III dərəcəli medallar, eləcə də Azərbaycan Ordusunun yaranmasının 90, 95 və 100 illik yubiley medalları ilə təltif edilmiş ehtiyatda olan baş gizir Əliyev Abdulla Rəfael oğlu, Azərbaycan Dövlət Pedaqoji Universitetin dosenti, kimya üzrə fəlsəfə doktoru, hərbi jurnalist Güllü Axundova olub.
Qonaq Şəhla Həsənova oğlu şəhid Əzim Həsənovun uşaqlıq və tələbəlik illərindən danışıb. O, Əzimin tələbəlik illərində göstərdiyi fəallığa görə təşəkkürnamələrlə təltif olunduğunu da  bildirib.
Şəhla Həsənova Əzimin əsil Azərbaycan kişisinə yaraşan keyfiyyətlərindən qürurla bəhs edərkən  könüllü olaraq həmlə taborundan döyüşlərə qatıldığını, döyüş  meydanlarından  böyük ruh yüksəkliyi ilə iştirak etdiyini, hətta o günlərdə belə ailəsinin-  valideynlərinin qayğısına qaldığını da qeyd edib.

Qonaq ehtiyatda olan baş gizir Abdulla Əliyev belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən, şəhid və qazilərimizin şücaətlərindən, 44 günlük müharibə zamanı xalqımızın nümayiş etdirdiyi yüksək əzmkarlıq və birliyindən söz açıb.
“Bizləri göydə Allah, yerdə əsgərlərimiz qoruyur”- deyən hərbi jurnalist Güllü Axundova vətən müharibəsinin zəfər sevinci ilə bitməsindən, şəhidlərimizin ruhunun qəlbimizə və həyatımıza birdəfəlik həkk olunmasından və dövlətimizin bu işdə verdiyi qərarlarından bəhs edib.

Tədbirdə universitetin magistratura üzrə təhsil alan tələbələri- Kəmalə Həsənova “Qalibiyyətin yolu”, Sevinc Məhərrəmova  “Şəhidlər ölmür”, Aytəkin İmanova “Qəhrəmanlarımızın rəşadəti”, Zəhra Cabbarlı isə “Milli şüur: azərbaycançılıq və türkçülük” kimi elmi-publisistik adlı mövzularla  çıxış ediblər. 
Qonaq 269 saylı orta məktəbin III sinif şagirdi Kamal Həsənli “Qarabağ bizimdir, bizim olacaq” şeirini səsləndirib.

Tədbir zamanı tələbələr şeir-musiqi nümunələri ilə də çıxış ediblər.

Onların ifa etdikləri mahnılar,  səsləndirdikləri şeir nümunələri iştirakçıları xeyli duyğulandırıb. Tədbirin kiçik yaşlı qonağı 269 saylı orta məktəbin III sinif şagirdi Kamal Həsənli “Qarabağ bizimdir, bizim olacaq” şeirini səsləndirib. Magistratura səviyyəsi üzrə təhsil alan birinci kurs tələbəsi Rüfət Qarayev gitarada ifa edərək “Cənab leytenant” mahnısını təqdim edib. Magistrant Xasay Əliyev şair Zaur İlhamoğlunun “Gözün aydın, Azərbaycan”, universitetin məzunu olmuş Elnarə Ağaməmmədova Mehmet Akif Ersoyun “İstiklal Marşı” şeirlərini söyləyiblər.

Xəbər lenti