Logo

Bakı Ali Neft Məktəbinin tələbələri "Baku Drilling School"da olublar

15.11.2021 16:58 573 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) Neftçi Mühəndislər Cəmiyyətinin təşkilatçılığı ilə beynəlxalq səviyyədə akkreditə edilən, Neft-qaz mühəndisliyi üzrə təlim və məsləhət mərkəzi – “ Baku Drilling School ”da olublar.

Tehsil.biz xəbər verir ki, mərkəzdə təşkil edilən görüşün koordinatoru Neftçi Mühəndislər Cəmiyyətinin üzvü İsa Rufullazadə və Vaqif Məmmədzadə, məruzəçi isə Emil Canıyev olub. 

Görüşdə tələbələr son texnologiya ilə əsaslandırılmış qazma simulyasiyasında olaraq virtual cihazları özləri idarə ediblər. Emil Canıyev tələbələrə qazma zamanı diqqət yetirilən məqamlar və proses vaxtı təhlükəsizliyin təmin olunması barədə geniş məlumat verib.

Xəbər lenti