Logo

C vitamini

03.12.2020 09:59 422 baxış
IMG

C vitamini-askorbin turşusu vitaminlərin ən geniş yayılmış forması olub, orqanizmin maddələr mübadiləsinin bir çox kimyəvi proseslərində iştirak edir.

Askorbin turşusu oksidləşmə-reduksiya reaksiyalarında, amin turşularının mübadiləsində iştirak edir.

O hormonların sintezində, sümük və qığırdaq toxumasının əmələ gəlməsində, yaraların sağalmasında zəruri maddədir. Askorbin turşusu qan yaranmasına təsir göstərir, zəhərlənmədən xilas olmaqda orqanizmə kömək edir. C vitamini bir çox bitkilərin tərkibində daha çox olur: itburnu, kələm, çiyələk, firəng üzümü, turp, bibər, pomidor, yaşıl soğan, yaşıl noxud, portağal, limon, mandarin, alma, moruq və.s. həmçinin dalaq, qaraciyər, böyrəklərdə, beyində, at südündə C vitamini olur.

 

Avitaminoz zamanı sinqa xəstəliyi əmələ gəlir. Sinqa zamanı nəfəs təngimə, fiziki zəiflik, tez yorğunluq, əsəbilik, yuxulama kimi hallar baş verir. Qan damarları kövrək olur və dəridə qanaxma başlayır, dişlərin dibi qanayır və tədricən tökülür. Xəstəlik, hətta, ölümlə nəticələnə bilir.Sinqa xəstəliyi C vitamini qəbul etməklə tezliklə müalicə olunur.

 

Gündəlik tələbat 50-78 mq-dır. Yaşlı adamın isə C vitamininə gündəlik təlabatı: yüngül işdə 75-100 mq,ağır işdə 200-300 mq-dır.

 

Bəzən C vitamininə «müqavimət vitamini»də adlandırırlar. O, böyrəküstü vəzin qabıq maddəsinin hormonlarının hidroksilləşməsində, hemoqlobinin aktivliyinin artmasında, bir çox zəruri maddələrin yaranmasında iştirak edir. Hipovitaminoz zamanı dişlərin tökülməsi, sümüklərin kövrəkləşməsi ilə müşahidə olunan skorbut və ya sinqa xəstəliyi baş verir.

Xəbər lenti