Logo

B, B1 vitamini

03.12.2020 10:27 450 baxış
IMG

B vitamini

 

B qrupu vitaminlərinə çoxlu vitaminlər (B1, B2, B6, B12) daxildir. Onlar bitki və heyvan mənşəli bir çox məhsulların tərkibində olur. Maddələr mübadiləsinin bir sıra proseslərinə təsir göstərir. O, orqanizmdə sinir fəaliyyətinin normallığı üçün zəruridir.

 

B1 vitamini

 

Tiamin, aneyrin, antinevrit vitamini. 1912-ci ildə K.Funk tərəfindən tapılmışdır. Tərkibi iki komponentdən – pirimidin nüvəsi ilə rabitəli olan 2-metil-5-hidroksimetil-6 aminopirimidindən və tiazol qalığından ibarətdir. Ona sutkalıq tələbat 3-4 mq-dır.

 

Yalnız bitkilər və mikroorqanizmlər onu sintez edir. Maddələr mübadiləsinin bir sıra proseslərinə təsir göstərir. O, orqanizmdə sinir fəaliyyətinin normallığı üçün zəruridir.Orqanizimdə bu vitamin olmadıqda ağır avitaminoz beri-beri (yuxusuzluq) xəstəliyi yaranır. Su-duz mübadiləsi, həzm, sinir sistemi, ürəyin işi pozulur. Ətraflarda atrofiyalar yaranır.

 

B1 vitamini almamış adamlarda 1-3 aydan sonra yüngül yorğunluq, arıqlama baş verir. B1 vitamini ən çox pivə mayasında, noxudda, buğdanın rüşeymində, arpada, paxlada, düyü və vələmir yarmasında, donuz ətində, qaraciyərdə, ürəkdə, beyində, əzələlərdə, yumurta sarısında olur. Tərkibində həm kükürd, həm də amin qrupu olduğu üçün tiamin də adlanır. Aşağıdakı qrupları mövcuddur.

Xəbər lenti