Logo

2022-2023-cü tədris ili üzrə Macarıstanda təhsil təqaüd proqramı

16.11.2021 15:27 908 baxış
IMG

Macarıstan 2022-2023-cü tədris ili üçün təqaüd proqramı elan edir.

Təqaüd proqramı Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 6 yanvar 2021-ci il tarixində imzalanmış 2021-2023-cü illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən həyata keçirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır.

Təqaüd proqramına sənəd qəbulu 15 yanvar 2022-ci il saat 23:59-a kimi aparılacaq. 

Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (TPF) yekun qərarının 2022-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış olmağınız mümkündür.

Xəbər lenti