Logo

Onlayn təhsil: müsbət və mənfi cəhətləri

16.11.2021 19:53 1617 baxış
IMG

Dosent İlham Əhmədov yazır:

Bu gün pandemiya ilə əlaqədar  bütün dünya distant təhsil sisteminə keçmişdir. Əksər ölkələr on illərcə əvvəldən artıq distant təhsil sistem  qurmuşlar, ona görə bu ölkələrdə distant təhsilə keçid problemsiz oldu. Amma, baxmayaraq ki, bizim ölkədə son 15 ildə distant təhsilin yaradılması ilə əlaqədar bir sıra  dövlət proqramları qəbul edilmişdi, təəssüf ki, bu proqramlar yaxşı  icra edilmədiyindən nəticəsi zəif olmuş, hələ də distant təhsil sistemi yaradılmamışdır.  Bu səbəbdən pandemiya dövründə bizdə  distant təhsilin təşkilində müəyyən problemlər yaşandı.

Amma  beynəlxalq təhsil praktikasında  distant təhsilin tətbiqi üzrə xeyli təcrübə toplanmışdır. Bu təcrübə göstərir ki, hər bir təhsil texnologiyası kimi, distant təhsilin də müsbət və mənfi cəhətləri var. Lakin müsbət  cəhətləri  mənfilərdən dəfələrlə çoxdur, bu səbəbdən də qlobal təhsil məkanında distant təhsil belə geniş yayılıb. Özünü qlobal təhsil məkanının bir hissəsi hesab edən təhsil sistemləri  bu texnologiyadan geniş istifadə edirlər.

Ümumən  hər on amerikalıdan biri onlayn təhsil alır. Bu  vəziyyətin belə izahı var:

1) mühazirə və seminarlarda iştirak etmədən təhsil almaq çox rahat və qənaətcildir, 2) bütün dünyada ömürlük təhsil ideologiyası (“hamı üçün təhsil” və “həyat boyu təhsil”)  reallaşdırılır ki, bu da tək  gənclərə deyil, həm də yaşlılara  fasiləsiz təhsil almaq imkanı verir.  Distant təhsil texnologiyası fasiləsiz təhsilin, əlavə təhsilin ən əlverişli variantıddır.

 ​Bir  sıra postsovet ölkələrində keçən əsrin bəzi  ənənələri hələ də qalmaqdadır.  O ənənələrdən biri də valideynnin övladlarının hökmən universitet təhsili alması arzusu idi. Ali təhsil almaq o vaxtlar xüsusi üstünlük sayılırdı (hal hazırda, qərb ölkələrində gənclər getdukcə kolleclərə daha çox üz tuturlar). Bəzi valideynlər (xüsusən qızların valideynləri) fikirləşirdi ki, heç olmasa  övladım universitetə “gedib-gəlsin”, sosiallaşsın.   Bu səbəbdən universitetə ​​daxil olmadan, onlayn təhsil almaq bizim üçün  bir müddət maraqlı olmadı, həm də bu sistem ölkədə mövcud deyildi. Buna baxmayaraq, hər yerdə mövcud olan İnternet bizə göstərdi ki, “bizimkilər”  də artıq Google və Facebook-dan geniş istifadə edirlər, artıq xarici universitetlərdə xeyli  gənclərimiz onlayn təhsil alırlar (baxmayaraq ki, TN 15 ildir distant oxuyanların diplomunu qanunları pozaraq tanımaq istəmir).

Onlayn təhsilin müsbət və mənfi tərəflərinin nədən ibarətdir? Gəlin  bu suala cavab axtaraq.  Bu məqsədlə İnternet mənbələrini araşdırsaq məlum olar ki:

1. Coursera. Ən çox yayılmış onlayn kurs (və ya kurslar)  Coursera-dır (25 milyon istifadəçisi var). Bu qeyri-kommersiya platforması ilk növbədə öz peşəkar bacarıqlarını müstəqil şəkildə təkmilləşdirmək,  özünütəhsil yolu ilə müəyyən sahədə öz biliklərini genişləndirmək və ya dərinləşdirmək  istəyənlər üçün yaxşı imkanlar açır.  İndi ciddi işəgötürənlərin  (iri şirkərlərin) gözündə distant təhsilli məzun daha cəlbedici  görünür.

Amerikada kursu bitirmə sertifikatı işə qəbul üçün  məqbul sayılır. Ciddi oxumaq, ev tapşırığı icra etmək, müzakirələrdə iştirak etmək, mövzudan  məlumatlı olmaq lazımdır ki, sərbəst təhsil ala biləsən.  Mühazirələr  daha interaktivdir (elektron resurs buna yaxşı imkan verir).  

2.  Xan Akademiyası. Salman Khan tərəfindən yaradılıb, təxminən 17 milyon istifadəçisi var. Həmçinin burda təhsil pulsuzdur, 180 milyon video dərs var, 700 milyon həll edilmiş məsələlər  toplanmışdır.  

“Çevrilmiş” sinif otaqları ideyası fəal şəkildə tətbiq edilir, burada tələbələr bütün materialları, video mühazirələri sərbəst əldə edərək, evdə əlverişli vaxtda dərsə hazırlaşır, sinifdə müzakirələr edir, suallara cavablar tapır,  məsələlərin həlli ilə tanış olur.  

3. edX. Təkcə ABŞ-ın deyil, dünyanın  digər ölkələrinin də ən yaxşı universitetləri ilə əməkdaşlıq edən bu resursda artıq milyonlarla tələbə qeydiyyatdan keçib və onlayn kurslar almaq qərarına gəliblər. Onların yaş həddi 25-dən 95-ə qədərdir. edX, bütün digər klassik platformalar kimi, video mühazirələr, oxu və müstəqil tapşırıqları özündə birləşdirir, mövzularda və bilik sahələrində heç bir məhdudiyyət qoymur. Bu gün resursun ən populyar kursları (tezliklə başlayacaq kurslar) “Bulud texnologiyalarına giriş”, “Problemlərin Yaradıcı həlli və qərarların qəbulu”, TRİZ v.s. kurslarıdır. Kurslar Harvard, MassaçusetsTexnologiya İnstitutu, Kaliforniya Universitetininprofessorları tərəfindən tədris olunur! Çox güclü elmibazaya  malikdir. Bir problem var ki, bütün nresurslaringilis dilindədir, amma tezliklə bu məsələ də həllinitapacaqdır. İndi keyfiyyətli yazılı və şifahi sinxrontərcümə proqramları mövcuddur. Yaxın illərdə süniintellect vasitəsi ilə daha da mükəmməl tərcüməsistemləri yaradılacaqdır. O vaxt,  bahalı  və  avrotəmirli  kampusları  olan zəif universiterlərə  heç biryerli tələbə daha müraciət etməyəcəkdir.

4.  "Arzamas". Bu rusdilli portaldır. Burada heçbir sertifikat və ya diplom verilmir. Ancaq hər həftəportala müxtəlif kurslar üzrə mühazirələr yerləşdirilir. Bu kanalda əsasən humanitar elmlər üzrə kurslaryerləşdiriləcəkdir.

5. "Universarium". Bu platforma pulsuzdur,  açıqkütləvi onlayn kurslar (MOOC) texnologiyası əsasındafəaliyyət göstərir. "Lektorium"dan fərqli olaraq, müxtəlif istiqamətlərdə çoxlu kurslar var: kosmos, dizayn, idarəetmə, mədəniyyətşünaslıq, nüvə fizikası, makroiqtisadiyyat və s. Kurslar əsasən uşaqlar vəvalideynlər üçün  nəzərdə tutulur.  Platformanınyaradıcısı Dmitri Quzhelya hesab edir ki, “Universarium” “ali təhsili sıxışdırmır, əksinə onutamamlayır”. Burada hər şey ciddidir - siz evtapşırığını yerinə yetirməli və yekun qiymətləndirmətestlərindən keçməlisiniz.

Beləliklə, təklif olunan onlayn təhsil platformalarınıaraşdıraraq, bəzi nəticələr çıxara bilərik:

1. Onlayn təhsil  ənənəvi təhsilə rəqib deyil (ən azı bugün).

2. Onlayn təhsil almaq üçün yüksək motivasiyalazımdır. (xaricdə yeni iş almaq v.s.)

3. Müşahidə göstərir ki, ali təhsilli insanlar onlaynrejimdə  təhsil almaq üçün daha çox uğur   qazanırlar.

4. Kompüterdə və ya planşetlə  daim  sıx ünsiyyətdəolmaq, bu fikrimizcə,  bu sağlamlığa  ziyandır.  

5. İnsanların  virtual deyil, real ünsiyyətə tələbatı var.

6. Əgər əzmkarlığınız  və motivasiyanız varsa, kurslarıbitirib sertifikat ala bilərsiniz.

7. Onlayn təhsil əlavə təhsil və  özünütəhsil üçün  dahaçox uyğundur: vaxta  və resurslara qənaət etmək olar. Hətta orduda xidmət edərkən  də oxumağa davametdirə bilərsiniz.

8. Daha mükəmməl  onlayn təhsil platformalarında təhsil alın.

Xəbər lenti