Logo

Nigar Rəhimovanın İtaliya təəssüratları

17.11.2021 09:25 677 baxış
IMG

Nigar Rəhimova Azərbaycan Universitetinin filologiya: dilşünaslıq (ingilis dili) ixtisası üzrə magistratura ikinci kurs tələbəsidir.

Tehsil.biz xəbər verir ki, o, hazırda təhsilimi İtaliyanın Roma şəhərində yerləşən Sapienza Universitetində davam etdirir.

"Artıq bir aydan çoxdur ki, Roma şəhərindəyəm amma bu bir ayda o qədər çox şey yaşamışam ki…

Düşünürəm ki, keçirəcəyim 6 ayı həyatım boyunca unutmayacağam. Yeni insanlara, yeni mühitə və yeni bir dilə öyrəşməyə çalışmaq həm çox maraqlı, həm də əyləncəlidir".

Nigar Rəhimova deyir ki, burada universitet dərsləri başlamazdan bir həftə əvvəl Erasmus tələbələri üçün "welcome week" təşkil olundu və bu, bir həftə boyunca davam etdi:

"Hər gün müxtəlif tədbirlər keçirildi, şəhərin müxtəlif yerlərinə turlar təşkil olundu. Bu bir həftə mənə müxtəlif ölkələrdən yeni insanlar tanımağıma, onlarla maraqlı söhbətlər etməyimə çox kömək oldu.                                                     Artıq universitetdə dərslər başlayıb. Fənlərimi seçməzdən əvvəl hər birində iştirak etdim və mənim üçün maraqlı olanları və yeni şeylər öyrənə biləcəklərimi seçdim. Hal-hazırda dərslərim qaydasında davam edir.                                Mübadilə tələbəsi olmaq böyük şansdır.              Hər kəsə tövsiyə edirəm".

Xəbər lenti