Vaxtından əvvəl doğulmuşlar üçün ilk beynəlxalq məlumatdırma günü Avropadakı qadın və ana təşkilatları təşəbüsü ilə 2008-ci ildə keçirildi. 2011-ci ildən isə hər il 17 noyabr Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar Günü kimi qeyd edilir.
Hər il təxminən 15 milyon körpə vaxtından əvvəl doğulur və bu da dünyadakı bütün körpələrin hər onundan birini təşkil edir.
Bu günün qeyd olunmasında əsas məqsədi vaxtından əvvəl doğulan körpələrin sağ qalması üçün səylərin artırılması, vaxtından əvvəl doğum prosesinin baş vermə riskinin minimuma endirilməsi və hamilə qadınların düzgün qidalanmaları, sağlamlıqlarının qorunması üçün maddi, mənəvi və tibbi yardımın göstərilməsidir.