Noyabrın 16-da 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri, Novruzov Rəşad Elşad oğlunun anım günü qeyd olunub.
Tehsil.biz xəbər verir ki, Anım günü münasibətilə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, Akademiyanın bir qrup əməkdaşı və tələbələri şəhidin məzarını ziyarət edərək, önünə gül dəstələri düzmüş, ruhuna dualar oxuyub, əziz xatirəsini ehtiramla yad ediblər.
Akademiyanın rəisi Qulu Novruzov şəhidin ailəsinə dərin hüznlə başsağlığı verərək səbir diləyib, eləcə də Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaətdən söz açıb, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib.
Mərasim iştirakçıları çıxış edərək tarixi qələbənin qazanılmasında şücaət və qəhrəmanlıq göstərərək canından keçən Rəşad Novruzovun timsalında bütün şəhidlərimizə rəhmət diləyiblər.