Logo

SABAH Magistratura qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə

17.11.2021 11:18 621 baxış
IMG

Təhsil Nazirliyinin SABAH Magistratura “Kiber təhlükəsizlik” ixtisası qruplarında 2021/2022-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müsabiqə elan edilib.

Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.

Müvafiq fənlər üzrə vakant yerlərin siyahısı aşağıda qeyd edilib. Hər bir namizəd ixtisasına uyğun vakant yerlər üzrə yalnız bir fənn üçün müraciət edə bilər.

KT-505 Təhlükəsizliyin qiymətləndirilməsi və nüfuzetmə testi

KT-506 Şəbəkə və veb təhlükəsizliyi

KT-507 Təhlükəsiz kodlaşdırma və proqram təhlükəsizliyi

*KT-510 Zərərli proqram təhlili və aşkarlanması

*KT-511 Məxfilik qoruyan məlumat idarəetməsi

Qeyd: * -Seçməli fənn

Namizədlər CV-lərini 1 dekabr 2021-ci il tarixinə qədər [email protected] ünvanına mövzu başlığını “Fənnin adı” yazaraq göndərməlidirlər.

Xəbər lenti