Logo

ADNSU-dakı tüstülənmənin səbəbi bilindi

17.11.2021 13:24 683 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindəki tüstülənmənin səbəbi məlum olub.

Tehsil.biz xəbər verir ki, universtetin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərovun verdiyi məlumata görə, universtetdə heç bir yanğın hadisəsi baş verməyib. Heç bir tələbə təxliyə olunmayıb, xəsarət alan olmayıb, hər hansı bir əşyaya ziyan dəyməyib. B.Nəzərov qeyd edib ki, universitetin birinci mərtəbəsində zibil qutusunun içərisində kağız yanıb.

Hazırda universtetdə tədris prosesində maneəçilik yaranmayıb, dərslər qaldığı yerdən davam etdirilir.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tüstülənmə olması ilə bağlı xəbərlər yayılmışdı.

Xəbər lenti