Logo

“Gələcəyin enerjisi” həftəsi davam edir

17.11.2021 13:28 616 baxış
IMG

Qərbi Kaspi Universitetində tanınmış azərbaycanlı professorların iştirakı ilə “Gələcəyin enerjisi” həftəsi start götürüb. 

15-22 noyabr tarixlərini əhatə edəcək həftədə professor, enerji məsələləri üzrə nüfuzlu alim, dünyanın qabaqcıl universitetlərindən biri, Kanadada yerləşən Vaterloo Universitetinin prezidenti (2011-2021), sonuncu beynəlxalq təhsil sammitinin əsas spikerlərindən biri, Türkiyədə doğulan azərbaycanlı Ferudun Həmdullahpur və professor, Humboldt mükafatı laureatı olan ilk həmyerlimiz, Qərbi Kaspi Universitetinin Fəxri Professoru Məsud Əfəndiyevin mühazirə, seminar və master-klassları təşkil edilir.

Müharizələrdə enerji mühəndisliyində mövcud və gələcək trendlər, pandemiya sonrası ali təhsil ocaqlarının üzləşdiyi çağırışlar, Covid-19-a fərqli elmlər aspektindən baxış və digər istiqamətlər əhatə olunur.

Xəbər lenti