Əməkdaşların (və tələbələrin) peyvəndlənməsi prosesinin mütəşəkkil qaydada təşkili məqsədilə Bakı Dövlət Universitetinin (BDU) müraciəti əsasında 22-23 noyabr tarixlərində BDU-nun poliklinikasında TƏBİB-in səyyar vaksinasiya məntəqəsi fəaliyyət göstərəcək.
COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunmaq, eləcə də COVID-19 xəstəliyi əleyhinə iki doza peyvənd olunmasından 150 (yüz əlli) gün keçmiş əməkdaşlar (və tələbələrin) 3-cü doza (buster) peyvənd olunmaq üçün müraciət edə bilərlər.
Məntəqə ən zəruri tibbi ləvazimat və müvafiq şəraitlə təmin olunacaq.
Vaksinasiyanı TƏBİB-in peşəkar həkim briqadası həyata keçirəcək.