Logo

ADU-da Könüllü Proqramı çərçivəsində təlimlərə start verilib

17.11.2021 14:54 387 baxış
IMG

Noyabrın 17-dən etibarən Azərbaycan Dillər Universitetində universitetin Pedaqogika kafedrasının nəzdində İnklüziv Təhsil Mərkəzində (CİNE) Könüllü Proqramı çərçivəsində təlimlərə start verilib. 

Tehsil.biz xəbər verir ki, tədbir zamanı adıçəkilən kafedranın müdiri, CiNE-nin rəhbəri N.Zeynalova tədbiri açıq elan edib, universitetin  Təhsil 1 fakültəsinin dekanı F.Cahangirov isə iştirakçılara uğurlar arzulayıb. 

Daha sonra söz növbə ilə digər çıxış edənlərə verilib. 

"Birgə və Sağlam" İB-nin baş psixoloqu Nərmin Rəhimli "Autizm nədir?" və  defektoloq-loqopedi Nigar Həsənova "Loqopediyanın əsas anlayışları" mövzusunda mərkəzin könüllülərinə seminarlar keçiblər. 

Fəaliyyət planına uyğun olaraq təlimlərin davamlı və fasiləsiz şəkildə tənzimlənməsi nəzərdə tutulub.

Xəbər lenti