Noyabrın 16-da Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və “Vineyard Azərbaycan” xristian dini icması 16 noyabr – “Beynəlxalq Tolerantlıq Günü” münasibətilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Tolerantlığın Zəfəri” adlı tədbir təşkil edib.
Tehsil.biz xəbər verir ki tədbirdə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi, ölkəmizdə fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini icmalarının rəhbərləri və üzvləri, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
Proqramın rəsmi hissəsində dəvət edilmiş qonaqlar çıxış edib, həmçinin, ölkəmizdəki tolerantlıq nümunələri ilə bağlı hazırlanmış sosial çarxlar və filmlərin nümayiş eydirilib.
Rəsmi hissədən sonra təşkil edilən konsert proqramında isə tanınmış musiqiçilərin ifasında vətənpərvərliklə bağlı musiqilər səsləndirilib, müxtəlif dini kompozisiyalar və milli rəqslər ifa edilib. Tədbir tolerantlıq nümunəsi kimi ölkəmizdəki dini konfessiyaların rəhbərlərinin Azərbaycan üçün birgə duaları ilə başa çatıb.