Pandemiya səbəbindən Türkiyə universitetlərində imtahanlar onlayn qaydada keçirilməyə başlayıb. Ancaq uzaqdan imtahanların güvənli şəkildə keçirilməsi baş tutmadığı üçün Yüksək öğretim təşkilatı hərəkətə keçdi. İmtahan müddətində mikrofon və kameranın açıq saxlanılması şərti tələbələrin narazılığına səbəb oldu.
Universitetdə imtahanlar necə təşkil olunur? Bəzi örnəklər:
Orta Doğu Texniki universiteti(OTDÜ)
İmtahan zamanı hər bir tələbənin qarşısına müxtəlif sual çıxır . Həmçinin imtahan müddətində tələbənin komputerində başqa pəncərə açılmasını əngəlləyən proqram tətbiq olunur.
İstanbul universiteti
Suallar və onların cavabları tələbələrə qarışıq formada veriləcək. Ekranda tək bir sual və onun cavabları görüləcək. İmtahan güvənliyi üçün proses zamanı filigran və qr kod proqramlarından yararlanacaq.
İmtahan zamanı texniki səbəbdən ayrılan tələbə yenidən qatıla biləcək, lakin arada keçən müddət imtahan vaxtına əlavə edilməyəcək. Boş buraxılan suallara geri qayıdılmayacaq.
Bilkənd universitetində imtahanlar ənənəvi qaydada keçiriləcək
Bilkənd universiteti onlayn imtahan tətbiqinə başlamadı. Rektor Abdulla Atalar onlayn imtahana güvənmirik dedi. “Siniflərdə 10 nəfərdən artıq tələbə olmayacaq. Otaqlar böyükdür. 90% tələbə üz-üzə imtahana qatıldı”.
Atataürk universitetində imtahan saatını tələbələr seçir:
İmtahan sessiyası 30 noyar-11 dekabr aralığında olacaq. İmtahan prosesi zamanı elektrik kəsilməsi və internetsizlik kimi hallar nəzərə alınmayacaq.