Logo

“Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərsliyin ikinci nəşri təqdim olunub

17.11.2021 16:36 569 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) baş müəllimi, Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun baş elmi işçisi Xəyaləddin Tağıyev və “Bank of Baku“ ASC-nin Ödəniş sistemləri departamentinin direktor müavini, Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun rəhbəri, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun dissertantı Tamerlan Rüstəmovun həmmüəllifi olduğu “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərsliyin ikinci nəşri işıq üzü görüb.

Dərslik “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində hazırlanıb və Təhsil Nazirliyi tərəfindən ölkədə fəaliyyət göstərən bütün ali təhsil müəssisələrində tədrisi tövsiyə edilib.

Bank əməkdaşlarının bilik və bacarıqlarının daha da təkmilləşməsində, əhalinin maliyyə savadlığının yüksəlməsində mühüm rol oynayacaq kitab ölkədə rəqəmsal ödənişlər və ödəniş sistemləri sahəsində yeganə dərsik və əyani vasitədir.

Yeni nəşrdə rəqəmsal ödəniş ekosistemi sahəsində qlobal trendlər, rəqəmsal bankçılıq konsepsiyası və qabaqcıl maliyyə bazarlarına malik ölkədə bu konsepsiyanın realizasiya istiqamətləri, fintex ekosisteminin inkişafında mühüm rol oynayan sandbox rejimi və onun tətbiqi xüsusiyyətləri, ölkəmizdə formalaşan rəqəmsal ödəniş ekosisteminin yenilikçi maliyyə institutları haqqında məlumatlar əks olunub.

Kitabı aşağıdakı linkə daxil olmaqla əldə edə bilərsiniz:

https://shop.az/az/product/product-detail/634355

Xəbər lenti