Logo

UTECA tələbələri "Nə? Harada? Nə zaman?" bilik yarışının qalibi olublar

17.11.2021 16:55 618 baxış
IMG

Azərbaycan Texnologiya Universitetinin Tələbə Gənclər Təşkilatının fəal üzvləri Gəncə Gənclər Evində keçirilən “17 Noyabr – Milli Dirçəliş Günü”nə həsr olunmuş "Nə? Harada? Nə zaman?" intellektual oyununda ilk yerləri tutublar. 

Yarışa Gəncə şəhərinin ali və orta ixtisas təhsili müəssisələrindən hər birində 6 nəfər olmaqla 10 komanda qatılıb. Tələbələr onlara verilən 24 sualı cavablandırmaqla öz biliklərini sınayıblar.

Turnirdə UTECA-nın "Dəmir Yumuruq" komandası 1-ci yerə sahiblənib, 2-ci yeri isə UTECA-nın "Qarabağ" komandası əldə edib. 

Qalib komandalar diplom və sertifikatlarla təltif olunublar.

Xəbər lenti