Logo

2021-ci ildə ümumtəhsil müəssisələrində 220 359 nəfər məzun təhsil alıb

18.11.2021 10:19 756 baxış
IMG

Ümumilikdə 218505 nəfər məzunun (99.2%) yekun attestasiyası aparılıb.

Tehsil.biz xəbər verir ki, bu məzunlar barədə məlumatlar 4000-dən çox ümumtəhsil müəssisəsinin məsul şəxsləri tərəfindən “Şagird-məzun” sisteminə daxil edilib, məlumatlar yoxlanılaraq təsdiq edildikdən sonra buraxılış imtahanı bazası formalaşdırılıb.

Məzunların bir qismi təhsildən yayınma, bir qismi isə şəxsiyyəti təsdiq edən sənədinin olmaması səbəbindən buraxılış imtahanlarına cəlb edilməyib. Ümumilikdə 217534 nəfər məzun (98.7%) buraxılış imtahanlarında iştirak edib. İmtahanda iştirak edənlərlə yekun attestasiyası aparılanlar arasında yaranan fərqlər onunla izah edilir ki, tədrisi Azərbaycan dilindən fərqli dildə aparılan ümumtəhsil müəssisələrinin bəzi məzunları buraxılış imtahanında iştirak etsələr də, Azərbaycan dili (dövlət dili) imtahanında iştirak etməyiblər.

Xəbər lenti