Logo

DİM: Bu il 1 000-dən çox IX və XI sinif məzunu buraxılış imtahanında iştirak etməyib

18.11.2021 10:26 790 baxış
IMG

2020/2021-ci tədris ili üzrə buraxılış imtahanlarında iştirak etməyən ümumtəhsil müəssislərində təhsil alan IX və XI sinif məzunların sayı məlum olub.

Tehsil.biz xəbər verir ki, IX sinif üzrə 862, XI sinif üzrə isə 147 məzun buraxılış imtahanlarından azad olunub.

Buraxılış imtahanlarından müxtəlif səbəblərdən azad olunan 862 9-cu sinif məzunundan 848-nin, 11-ci sinif məzunlarının isə hamısının yekun attestasiyası aparılıb.

Qeyd edək ki, bu il ümumtəhsil müəssisələrində 220 359 nəfər məzun təhsil alıb.

Xəbər lenti