Dövlət Sərhəd Xidmətinin Akademiyasının 2-ci kursunda təhsil alan kursant Nəbiyev Telman Elman oğlu intihar edib.
Tehsil.biz xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Hadisə noyabr ayının 17-də saat 21:00 radələrində qeydə alınıb.
Telman Nəbiyev naməlum səbəbdən özünü asıb.
Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq orqanları tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.