Logo

Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun professoru Şarustam Şamusarov BDU-da ustad dərs keçib

18.11.2021 10:38 494 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsi və Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə “Müasir ərəb ədəbi dilində alınma sözlər” mövzusunda ustad dərs keçirilib.

Tehsil.biz xəbər verir ki, Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası kafedrasının müdiri professor Şarustam Şamusarov müasir ərəb dilində istifadə olunan alınma sözlərə dair problemə geniş şərh verib, öz yanaşma tədqiqat metodu haqqında ətraflı bəhs edib.

Sonra BDU-nun Ərəb filologiyası kafedrasının professoru Nəsrulla Məmmədov və dosent Vüqar Qaradağlı mövzu ilə bağlı çıxış ediblər.

Tədbirin sonunda Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə və Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun Beynəlxalq reytinqlər üzrə şöbəsinin koordinatoru Nilufər İmomova belə elmi disputların elmi müəssisələr arasında əlaqələrin inkişafına xidmət etdiyini qeyd ediblər.

Ustad dərsinin sonunda bu cür tədbirlərin davamlı təşkil edilməsi ilə bağlı razılıq əldə olunub.

Xəbər lenti