Logo

BDU-da Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib

18.11.2021 12:46 566 baxış
IMG

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü ilə bağlı onlayn tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə fakültənin I kurs tələbəsi Fəridə Süleymanova çıxış edərək tarixən ölkəmizdə tolerantlıq dəyərlərinin olduğunu qeyd edib, xalqımızın həyat tərzinə çevrilən bu dəyərlərin əhəmiyyətindən bəhs edib.

Sonra fakültənin I kurs tələbəsi Fatimə Nağızadə ölkəmizin dünyada tolerantlıq və multikulturalizm mərkəzi kimi tanındığını qeyd edərək, bir çox millətlərin nümayəndələrinin Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını qeyd edib. Filologiya fakültəsinin TGT sədr müavini Elnur Ağayev bu günün əhəmiyyəti, tarixi barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbir diskussiya şəklində davam etdirilib.

Xəbər lenti