Logo

Şagirdi öldürən şəxs 3 dəfə məhkum olunubmuş

19.11.2021 09:58 393 baxış
IMG

Dünən Mingəçevir şəhərində məktəblini güllələyən şəxs saxlanılıb. 

DİN Mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 18-i axşam saat 20 radələrində Mingəçevir şəhərinin "Yeni Həyat" yaşayış massivində Ağdam rayon sakini, əvvəllər 3 dəfə məhkum olunmuş Əlvan Qasımov tapançadan atəş açaraq Xocalı rayon sakini Orxan Kərimovu qətlə yetirib.

Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Qasımov tutulub. Onun üzərindən cinayəti törətdiyi "Makarov" tipli tapança və 6 ədəd patron aşkar edilərək götürülüb. 

Əlvan Qasımov istintaqa təhvil verilib. 

Qafqazinfo

Xəbər lenti