Logo

Azərbaycan Texnologiya Universitetinin rektoru VII ümumrespublika bilik yarışında iştirak edən tələbələrlə görüşüb

19.11.2021 10:51 797 baxış
IMG

Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov VII ümumrespublika bilik yarışında iştirak edən tələbələrlə görüşüb.

Rektor komandanı təbrik edib, nailiyyətlərini yüksək dəyərləndirib. Bildirib ki, 2014-cü ildən təşkil olunan bilik yarışında ilk oluğun 8-ci yerində qərarlaşmaları tələbələrin növbəti uğurudur. Professor tələbələrə dərslərində müvəffəqiyyətlər arzulayaraq məsləhət və tövsiyələrini verib, daim öz ürələrində çalışmalarının yeni nailiyyətlər gətirəcəyindən əmin olduğunu bildirib.

Xatırladaq ki, Heydər Əliyev Mərkəzi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışında 48 ali təhsil ocağı təmsil olunub. Gənclərin Azərbaycan tarixinə dair biliklərinin dərinləşdirilməsi, intellektual vərdişlərinin inkişafı məqsədi daşıyan yarışın mövzuları əsasən Vətən müharibəsində əldə olunan şanlı zəfər tarixinə həsr edilib.

Qiymətləndirmə zamanı 19 yer üzrə olan siyahıda Azərnaycan Texnologiya Universitetinin komandası ADA Universiteti, Azərbaycan Texniki Universiteti tələbələri ilə birgə 8-ci yerdə qərarlaşıb. Komandaların hər bir üzvünə Heydər Əliyev Mərkəzinin sertifikatları təqdim olunub.

Xəbər lenti