Logo

LDU-da maarifləndirici seminar keçirilib

19.11.2021 11:45 604 baxış
IMG

Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2018-ci il tarixli  Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”nın həyata keçirilməsi üzrə Fəaliyyət Planının icrası  ilə əlaqədar Lənkəran Dövlət Universitetində maarifləndirici tədbir keçirilib. 

Tehsil.biz xəbər verir ki, tədbiri giriş sözü ilə Təbiyyat  fakültəsinin  dekanı, dos.Ramiz Şəmmədov açıb və seminarın olduqca vacib bir mövzuya, dünyanı narahat edən qlobal problemlərdən birinə həsr olunduğunu bildirib.

“Kimya və biologiya müəllimliyi” ixtisasının IV tədris ili tələbəsı Nibəxanım Məlikli  mövzu ilə bağlı məruzə edib.

Seminarda Təbiyyat fakültəsinin TEC-nin xətti ilə tələbələr bərk məişət tullantıları, onların çeşidlənməsi, səmərəli istifadə edilməsi, Lənkəranda bərk məişət tullantılarının idarə olunması  barədə fikir mübadiləsi ediblər.

Xəbər lenti