Logo

“Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici görüş təşkil edilib

19.11.2021 12:24 579 baxış
IMG

Biləsuvar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici görüş təşkil edilib.

Tehsil.biz xəbər verir ki, çıxış edən Biləsuvar RPŞ-nin rəisi, polis polkovniki Nəsib Məmmədov narkomaniyanın səbəb olduğu ağır fəsadlardan, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis orqanları tərəfindən aparılan qətiyyətli mübarizədən və əldə olunan nəticələrdən danışıb. Qeyd edib ki, 2021-ci ilin əvvəlindən bu günə kimi Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 116 fakt aşkarlanıb. Ümulikdə 100 kiloqramdan artıq narkotik vasitə, psixotrop və güclü təsir edən maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Diqqətə çatdırılıb ki, bu gün polis əməkdaşları eyni zamanda maarifləndirmə tədbirlərinə böyük önəm verməklə yeniyetmə və gənclərin gələcəkdə ağ ölümün pəncəsinə düşməməsi üçün səylərini davam etdirir. Gələcəyin qurucuları olan məktəbli və tələbələr bu məsələdə daha həssas olmalı, zərərli vərdişlərə meyl etməməlidirlər. 

Sonra çıxış edən Biləsuvar rayon Prokuroru Camal Bağırov, Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev və digərləri narkomaniya əleyhinə aparılan tədbirlərin hazırda aktual xarakter daşıdığını, yeniyetmə və gənclərlə təşkil edilən bu cür görüşlərin əhəmiyyətini qeyd ediblər.

Xəbər lenti