Logo

NDU-nun tələbələri Beynəlxalq Tələbə Gənclər Həftəsində fəallıq göstərərək qalib olublar

19.11.2021 15:47 550 baxış
IMG

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyinin birgə təşkilatçılığı ilə Tələbə Gənclər Həftəsi çərçivəsində müxtəlif idman birincilikləri, intellektual yarışlar, film nümayişləri, müsabiqə və ekskursiyalar reallaşıb. 

Muxtar Respublikada ali və orta ixtisas təhsili müəssisələri arasında keçirilən yarışlarda Naxçıvan Dövlət Universiteti tələbələri aktiv iştirak edərək Tələbə-Gənclər Həftəsini uğurla başa vurublar. 

“Tələbə Kuboku” uğrunda keçirilən Mini futbol üzrə yarışda qalib olan tələbələr stolüstü tennis üzrə yarışlarda da birincilik əldə ediblər. Qızlardan ibarət badminton komandası  da adının qaliblər siyahısına yazıb. 

İntellektual bilik yarışmlarında da uğurlu nəticələr göstərən ali təhsil ocağının komandası  “Nə? Harada? Nə zaman?” intellektual oyunda, Şən və hazırcavablar klubları arasında müsabiqədə də universiteti layiqincə təmsil edərək qalib olublar.  
Tələbə Gənclər Həftəsinin sonunda  gənclər diplom, kubok və hədiyyələrlə mükafatlandırılıblar. 

Xəbər lenti