YAP Yasamal rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu il dönümünə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümumilli lider Heydər Əliyevin büstünün üzərinə qızılgül dəstələri düzüblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və daha sonra Yeni Azərbaycan Partiyasının 29-cu ildönümü ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qonaqları salamlayaraq Yeni Azərbaycan Partiyasının yaranmasının 29 illiyi münasibətilə partiyanın təmsilçilərini təbrik edib. Daha sonra çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Yeni Azərbaycan Partiyasının yarandığı gündən bu günə qədər keçdiyi çətin yoldan danışıb.
Yarandığı gündən YAP-ın Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi olub. Ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi, dünyəvi cəmiyyətin qurulması, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü iqtisadiyyat yaratmaqdan əsas hədəf seçilib. Yeni Azərbaycan Partiyası bu 29 ildə öz məqsədlərinə sadiq səmərəli fəaliyyət göstərib.
Daha sonra Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü və partiyadakı ictimai-siyasi fəaliyyətlərinə görə bir sıra şəxslər Fəxri fərman və diplomlarla təltif olunub.
Tədbir bədii hissə ilə davam edib.