18 noyabr 2021-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində N.Gəncəvinin 880 illik yubileyi münasibətilə "Nizami Gəncəvi - Dahilik zirvəsi" adlı Beynəlxalq elmi konfrans keçirilmişdir.
Konfransdan əvvəl Filologiya fakültəsinin dekanı, beynəlxalq əlaqələr üzrə prorektor prof.Mahirə Hüseynovanın rəhbərlik etdiyi "Meh" ədəbi dərnəyinin hazırladığı bədii hissə nümayiş etdirilmişdir.
Bədii hissədə Nizami "Xəmsə"sindən müxtəlif parçalar səhnələşdirilmişdir.
Tələbələrin çıxışı böyük maraq və coşğu ilə qarşılandı.
Daha sonra Heydər Əliyev adına lektoriyada konfransın plenar iclası keçirilib. Konfransda giriş sözü ilə ADPU-nun rektoru prof.Cəfər Cəfərov çıxış edib.
Konfrans 4 elmi bölmə üzrə fəaliyyətini davam etdirib:
1. Nizami əsərlərinin dili, üslubu, türkçülük ideyaları.
2. Nizami və dünya ədəbiyyatı.
3. Nizami və çağdaş ədəbiyyatşünaslıq.
4. Nizami irsində təhsil və tərbiyə məsələləri.