Logo

ADNSU-da “Elektron qəbul” bərpa olunur

19.11.2021 16:09 750 baxış
IMG

Noyabrın 23-dən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində elektron qəbul xidmətinin tətbiqi bərpa olunacaq.

Tehsil.biz xəbər verir ki, ADNSU-nun rəsmi veb səhifəsində (asoiu.edu.az) elektron qəbul bölməsinin yenidən fəaliyyətə başlaması ilə tələbə və əməkdaşların, o cümlədən vətəndaşların elektron formada qeydiyyatdan keçərək universitet rəhbərliyinin qəbuluna yazılması gerçəkləşdiriləcək. Elektron qəbul sayəsində istənilən şəxs vaxt itkisinə yol vermədən rahat şəkildə qeydiyyatdan keçərək qəbula yazıla biləcək. Ənənəvi olaraq hər həftənin II günü saat 16:00-da qəbul başlanacaq.

Qeydiyyat çox sadədir: hər kəs universitetin rəsmi veb səhifəsində “Xidmətlər” bölməsindən “Vətəndaşların qəbulu” xanasını seçib uyğun olaraq elektron blankda göstərilən boş xanaları doldurmaqla rahat şəkildə qeydiyyatdan keçə biləcək. 

Qeyd edək ki, bölmə 3 dildə və 7/24 fəaliyyət göstərəcək. Elektron qəbula Azərbaycan vətəndaşları ilə yanaşı, əcnəbilər də yazıla biləcəklər.

Xəbər lenti