Logo

Bu gün Ağdam tarixi şöhrətini özünə qaytarır

19.11.2021 16:17 1037 baxış
IMG

Azərbaycanın füsunkar təbiətə malik, gözəl Qarabağımızın ürəyi sayılan Ağdam ən qədim yaşayış məskənlərimizdən biridir. Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir Ağdam rayonu 8 avqust 1930-cu ildə yaradılıb. Erməni işğaldan əvvəl  Ağdam  rayonunda  153 min nəfər yaşayırdı. Həmin vaxt əhalisi sıx  olan bu  rayonun  mərkəzi  Ağdam şəhərinin  bütün  sakinləri azərbaycanlılar idi. 1988-ci il 22 fevral tarixində o zamankı Dağlıq Qarabağ  Muxtar Vilayəti  parlamenti  Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi barədə  qanunsuz sənədlər qəbul edərkən, Ermənistan SSR-in və DQMV regional parlamentinin  erməni deputatlarının hərəkətlərindən narazılığını bildirmək  üçün etiraz edən bir  qrup azərbaycanlı məhz  bu şəhərdən Xankəndiyə  üz  tutmuşdu. Ermənistan-Azərbaycan münaqişəsinin ilk  qurbanları  da məhz,  bu şəhərin sakinləri idi. Belə ki, Əli Hacıyev və Bəxtiyar Quliyev ad-soyadlı azərbaycanlı gənclər Əsgəran yaxınlığında ermənilər tərəfindən qətlə yetirilmişdilər.  Hələ münaqişənin əvvəllərində ermənilər Ağdamlıları terror yolu ilə qorxutmağa, sarsıtmağa çalışırdılar. Erməni millətçilər bu mənada Ağdam yaxınlığında bir neçə terror aktları həyata keçirdilər.  Bunlardan ən faciəlisi isə 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya  uçan vertolyotun  ermənilər  tərəfindəni  Şuşa  səmasında  vurularaq  heyət üzvləri də daxil olmaqla 44 nəfərin qətlə yetirilməsi olmuşdur. Bu terror aktları ilə ermənilər hələ o zaman iç üzlərini dünyaya nümayiş etdirirdilər. Terroru dəstəkləyən bu dövlətin aşkar surətdə bu hərəkətləri etmələri, lakin layiqli qiymətlərini almamaları dünya siyasətində ikili standartların olmasından xəbər verirdi. Azərbaycanın suveren ərazilərinə qarşı açıq hücumlar həyata keçirən, torpaqlarımızı işğala məruz qoyan düşmənin layiqli cavabını almaması onları getdikcə azğınlaşdırırdı.   Beləcə düşmən Ağdam 23 iyul 1993-cü il tarixində Ağdamı işğal etdi. Həmin vaxt Ağdamın 77,4 faizi ermənilərin əlinə keçdi. Erməni işğalı nəticəsində Ağdama 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəydi. Ötən 27 il ərzində düşmən Azərbaycanın ən gözəl, tarixi şəhərlərindən hesab edilən Ağdamı belə demək daha doğru olar ki, yer üzündən sildi. Bəli indi Ağdama baxdıqda burada nə vaxtsa iri küçələri, böyük parkaları və xiyabanları ilə məşhur olan bir şəhərin olduğuna inana bilmirsən. Düşünədə ki, bu şəhər min il ərzində dağıdılıb və ya dağılıb bunu haradasa təsəvvür etmək olar. Lakin bu vəhşiliyin 27 il ərzində həyata keçirilməsi insanda bunu edənin bəşər övladı olmasına şübhələr yaranır. Bu vəhşiliyi insan edə bilməz, bu mümkün deyil. Şəhər sanki, atom bombası düşmüş ərazini xatırladır. Vəhşi, ac, barbar toplum olan ermənilər tarixi şəhərimizi yer üzündən silməyə çalışıblar. Onlar bir zaman bu yerlərin tarixi sakinlərinin yenidən qayıdacağına, elinə-obasına sahib çıxacağına bəlkə də inanmamışdılar. Lakin bu gün viran qoyduqları torpaqlarımıza ancaq mavi ekranlardan baxa bilirlər. Çünki, bu torpaqların qəhrəman övladları artıq üç rəngli Dövlət Bayrağımızı azadlığına qovuşmuş torpaqlarımızda dalğalandırırlar. 2020-ci ilin sentyabrın 27-də başlanan əks-hücum əməliyyatları ilə işğalçının döyüş meydanında başı əzildi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qalib Azərbaycan Ordusu qarşısında diz çökən düşmən Üçtərəfli Bəyanatla kapitulyasiya sənədinə imza atmağa məcbur oldu. Bəyanatın ikinci bəndinə əsasən Ağdam rayonu Kəlbəcə və Laçın rayonları kimi bir güllə belə atılmadan dşməndən azad edildi. 20 noyabr 2020-ci il tarixinədək düşmən Ağdam rayonu boşaldaraq Azərbaycana qaytardı. Bu hadisəni şərtləndirən əlbəttə ki, Azərbaycan Ordusunun döyüş meydanında qazandığı uğurlar idi. Acı, sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan Ağdamı yalvararaq boşaltdı. Artıq bir ildir ki, Ağdam Azərbaycandır. Heç şübhəmiz yoxdur ki, digər rayonlarımız kimi  Ağdam da gündən-günə çiçəklənəcək və əvvəlki şöhrətini özünə qaytaracaqdır!

Elşən Ağalarov
Neftçala rayon sakini, müəllim

Xəbər lenti