Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Ucar Gənclər Evində rayonun şagirdləri ilə birgə layihə həyata keçiriblər.
BANM-in Neftçi Mühəndislər Cəmiyyətinin təşkilatçılığı ilə X və XI sinifdə təhsil alan Ucar rayon şagirdləri ilə “Energy4me” layihəsi reallaşdırılıb.
"Energy4me” layihəsində SPE BHOS komandasının üzvləri Taliyə Məmmədhəsənzadə, Vaqif Məmmədzadə, Afaq Həşimova, Hüseyn Abızadə, Fərhad Ağayev və Şəmsi Mürsəlli “Azərbaycanda neft və qaz sektoru, iqlim dəyişikliyi və bərpaolunan enerji haqqında təqdimatlar ediblər. Layihə çərçivəsində, həmçinin komandanın digər üzvləri Zəhraxanım Əliyeva, Almaz Heydərova və Nicat Səfərəliyevin təşkilatçlığı ilə məktəblilərlə yarış təşkil olunub. Qaliblər Neftçi Mühəndislər Cəmiyyətinin "Energy4Me" layihəsinə həsr olunmuş xüsusi buraxılış kitabları ilə təltif edilib.
Səfər çərçivəsində eyni zamanda, şagirdlərə Ali Məktəbi və buradakı tədris, təhsil, ixtisaslar haqqında geniş məlumat verilib.