Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə “Eşitmə qüsuru olan şəxslər üçün informasiya-kommunikasiya texnologiyalarının tədrisi üzrə təcrübə” mövzusunda onlayn regional seminar keçirilib.
Tehsil.biz xəbər verir ki, Azərbaycan, Qırğızıstan, Rusiya, Türkmənistan və Özbəkistandan 70-dən çox nümayəndənin iştirak etdiyi seminarda Azərbaycan Texniki Universitetini (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının professoru Tofiq Mansurov təmsil edib.
Seminarın sonunda Tofiq Mansurova sertifikat təqdim olunub.