Logo

Burada təhsil alan tələbələr texnoloji vasitələrdən istifadə etmirlər

20.11.2021 09:38 459 baxış
IMG

Tibetin Sertar şəhəri Çinin şərqində yerləşir vər qadağaları ilə məşhurdur.

Tehsil.biz xəbər verir ki, Sertar şəhəri qadağalarla zəngin olsa da, turist ziyarətlərinin ardı-arası kəsilmir. Bu tarixi şəhər muxtar idarəetmə sisteminə malikdir.

Sertar kiçik bir təpənin yamacında yerləşən yaşayış sahəsidir. Şəhərdə təxminən 60 min nəfər yaşayır. Əhalinin əksəriyyəti din xadimlərindən ibarətdir. Formalı evlərindən əlavə, Sertarda buddizm monastırı var.

Sertar şəhərində buddizm təhsili alan tələbələr də qadağalara əməl etmək məcburiyyətindədir. Bu qadağalar həm şəhərin, həm də dini təhsilin bir hissəsi hesab olunur. Burada təhsil alan tələbələr texnoloji vasitələrdən istifadə etmirlər. Qadağalar təkcə texnoloji qurğularla məhdudlaşmır. Sertarda 40 min şagirdə müasir tualetdən istifadə qadağandır. Şəhərdəki tələbələr vaxtlarını ibadətlə keçirirlər. Onların başqa fəaliyyətlərdə iştirakına icazə verilmir.

Xəbər lenti