Logo

Emin Əmrullayev: "Bakıda 85-90 faiz məktəbdə istilik var"

20.11.2021 11:41 648 baxış
IMG

“Dünən axşama olan məlumata görə, 60-a qədər məktəbdə istiliklə bağlı problemlər olub".

Tehsil.biz xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bəzi məktəblərin daxilində müəyyən problemlər olub, aradan qaldırılır:

“Azərbaycanda təxminən məktəblərin 60 faizə yaxını istilik sistemi və qazla qızdırılır. Digər məktəblər isə odun və digər yanacaq növləri ilə qızdırılır. Həmin məktəblərə də yanacaq çatdırılıb. Bakıda 85-90 faiz məktəbdə istilik var. Digər məktəblərdə isə qarşıdakı həftələrdə aidiyyəti qurumlarla birgə problemlər aradan qaldırılacaq”.

Xəbər lenti