Logo

Xudayar Bərdə 1 saylı Musiqi Məktəbinin xanəndəlik sinfində oxuyurdu

03.12.2020 13:29 2327 baxış
IMG

Təsadüflər təkcə romanlarda, kinolarda olmur. Həyat təsadüflərlə doludur. Xudayarın həyatı kimi... Onun dünyaya gəlməsi bəlkə bu zərurətdən idi...

 

Bərdədə doğulub.  Dünyaya gəlişi ilə həyat ona ilk “sürprizini” atasını əlindən almaqla edib. 32 yaşında qarmon ifaçısı olan atası Müslüm Yusifzadə ürək qüsurundan dünyadan köç edib. Ailədə üç qardaş, bir bacı anaları ilə qalıblar nənə, baba himayəsində.

 

Qarşıda hələ neçə-neçə sürprizlər olduğunu bilmirdi Xudayar. Yaman dəcəl və ərköyün idi. Babasıyla nənəsi o dörd uşağın yolunda, ayaqları altında canları ilə döşənərdilər ki, gözlərində yaş görünməsin, yoxsa nakam atalarının ruhunu incitmiş olarlar. Uşaqlar da qayğısız böyüyürdülər, ailə onların var içində böyüməsinə çalışdığından yox nədir bilmirdilər.

 

Xudayar Bərdə 1 saylı Musiqi Məktəbinin xanəndəlik sinfində oxuyurdu, evdə də işi-gücü oxumaq olardı. Daha bir təsadüf onun orta məktəbin birinci sinfinə gedəndə hərbiçi olmaq arzusu ilə nənəsinə aldırdığı hərbi formanı geyinməsi olub.

 

Əsgəri xidmətdən qayıdanda isə görüb ki, yaşadıqları ev elektrik naqillərinin qısa qapanmasından yanıb kül olub. Ailənin belə ağır vəziyyətində Xudayar işləmək üçün Bakıya gəlib.  Marketlərdən birində mühafizəçi işləyirmiş. Bir gün marketin sahibi ona darvazanı açmadığı üçün Xudayarı azarlayıb. Xudayar cavab verib ki, əvvəla görmədim gəldiyinizi, ikinci də mən qapı açan işləmirəm, mühafizəçiyəm. Bu dialoqa təsadüfən qulaq müsafiri olan market müştərisi Xudayarın çiyninə ehmalca vurub qulağına bayırda səni gözləyirəm deyib. Təbii ki, müdirlə olan mübahisədən sonra işini itirdiyinə əminliklə Xudayar marketdən çıxıb həmin adama yaxınlaşır.

 

Bayırda gözləyən Orxan adlı adam ona sabah sənədlərini də götür gəl Sərhəd Qoşunlarına deyir.

 

Xudayar qəbul olub, oxuyur, amma ailəsini kirayələrdən qurtarmaq üçün tez bir zamanda işləmək istəyirdi.  Tezliklə Astarada Sərhəd Qoşunlarında gizir kimi fəaliyyətə başlayıb.

 

Vətən Müharibəsinin ilk günlərindən döyüşlərə qatılır.

 

Anası Radə Yusifzadənin dediyinə görə ailəsi onun döyüşlərdə olduğunu bilməyib:

 

Ramila Qurbanlı

Xəbər lenti