26 noyabr 2021-ci il tarixində təhsil naziri Emin Əmrullayevin saat 16:00-da Yevlax, Bərdə, Tərtər, Ağdam, Füzuli, Xocavənd, Samux rayonları və Naftalan, Mingəçevir sakinlərini və bu rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkün vətəndaşlarını videobağlantı vasitəsilə qəbul edəcək.
Tehsil.biz xəbər verir ki, qəbulda iştirak etmək istəyən qeyd olunan rayon (şəhər) sakinləri 24 noyabr saat 18:00-dək Təhsil Nazirliyinin Çağrı Mərkəzinin “146-1” nömrəli telefonuna zəng edə və ya nazirliyin rəsmi saytının (https://edu.gov.az/az/contact) əlaqə bölməsi vasitəsilə videoqəbula yazıla bilərlər.