Logo

“Distant təhsildə çağırışlar və nailiyyətlər” konfransına sayılı günlər qalıb

22.11.2021 11:56 423 baxış
IMG

Sözügedən konfransda "Distant təhsildə uğurlu dünya təcrübəsi və onun Azərbaycanda mümkün tətbiq perspektivləri” adlı panel müzakirəsi də yer alacaq. Panel müzakirəsinin spikerləri “edX” öyrənmə platformasının qlobal biznesin inkişafı üzrə direktoru John Schwartz və Çankaya Universitetinin Elm və Ədəbiyyat fakültəsinin dekanı Buket Akkoyunlu olacaq.

Panel müzakirəsi zamanı spikerlər tərəfindən distant təhsildə son zamanlar əldə olunmuş dünya təcrübəsi və mövcud uğurlu təcrübələrin ölkəmizin təhsil sisteminə inteqrasiya olunması mövzusunda təqdimat ediləcək və müzakirələr aparılacaq. 

Xatırladaq ki, konfrans 29 noyabr 2021-ci il tarixində onlayn formatda Zoom platforması vasitəsilə baş tutacaq. Konfransda iştirak etmək üçün müvafiq linkə keçid edə bilərsiniz: https://forms.office.com/r/GhdeCfPBYa

Konfrans Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı, ADA Universitetinin və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə baş tutur.

Qeydiyyat üçün son tarix 25 noyabrdır. 

Xəbər lenti