Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər təşkilatlarla birgə Bakıda “UNEC Economy Forum Baku 2021” (“UNEC İqtisadi Forumu, Bakı 2021”) təşkil olunacaq.
UNEC-dən verilən məlumata görə, Forum rəqəmsal iqtisadiyyatın asanlaşdırılması kimi post-pandemiya dövrü üçün müəyyən edilmiş mərhələləri, eləcə də Azərbaycanın bir sıra sosial-iqtisadi transformasiyaları əhatə edən və keçdiyi müstəqillik yolunu əks etdirəcək. Bundan əlavə, Forum, aparıcı dövlət və özəl təşkilatları, eyni zamanda təcrübəli sənaye xadimlərini bir araya gətirəcək və beləliklə, iştirakçılara ən son iqtisadi və sosial inkişaf, çağırışlar və imkanları müzakirə və müəyyən etmək üçün platforma təmin edəcəkdir.
İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri üzrə” İşçi Qrupunun iclası olub
Ötən ay pensiya alanların sayı açıqlanıb
Əli Əsədov Türkiyə Banklar Birliyinin sədri ilə görüşüb
UNEC İqtisadi Forumunda Prof. Dr. Aziz SANCAR və Prof. Dr. Muhammad Yunus kimi Nobel Laureatları, həmçinin iri özəl və dövlət təşkilatlarının rəhbərləri, yerli və beynəlxalq peşəkarlar və digər sənaye ekspertləri iştirak edəcəklər.
Forumun əsas şüarı “Zəfər Yolu” olaraq müəyyənləşdirilmişdir. Forumda əsasən aşağıdakı mövzular çərçivəsində müzakirələr aparılacaq:
Dəyişən qlobal iqtisadi sistemdə necə üstün mövqe tutmalı;
Qlobal iqtisadi artım üçün əsas problemlər;
Yüksək texnologiyalı istehsal ekosistemi;
İqtisadiyyatın rəqəmsal transformasiyası;
Yaşıl iqtisadiyyat və davamlı inkişaf;
Sosial təminat;
Biznes;
Post-pandemiya dövrünün iqtisadi çətinlikləri;
Pandemiya sonrası biznesin transformasiyası;
Azərbaycan iqtisadiyyatının keçmişinə və gələcəyinə baxış;
Forum çərçivəsində 3 gün ərzində 5 panel üzrə müzakirələr gedəcək. Panellər aşağıdakı kimidir:
PANEL 1: Azərbaycanın gələcək inkişaf strategiyası: qlobal trendlər və yerli faktorlar
PANEL 2: Postpandemiya dövründə elm və təhsil
PANEL 3: İqtisadiyyatın rəqəmsal transformasiyası: Yeni çağırışlar, yeni imkanlar
PANEL 4: Post-pandemiya dövründə biznes transformasiyası
PANEL 5: Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya
Qonaqların 4 Dekabr tarixində Qarabağa səfər etməsi də tədbirin proqramına daxil edilmişdir.
Tədbirlə bağlı ətraflı məlumatı unecforum.az saytından və aşağıdakı əlaqə vasitələrindən əldə edə bilərsiniz.
Forumun instagram səhifəsi: Instagram.com/uefbaku
Forumun Facebook səhifəsi: Facebook.com/uefbaku