Logo

Tələbələr arasında “Kvest” təfəkkür oyunu təşkil edilib

22.11.2021 16:10 586 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrobiznes və idarəetmə fakültəsinin Aqrobiznes və menecment kafedrasının təşkilatçılığı ilə biznesin idarə edilməsi ixtisasının rus bölməsi üzrə 4-cü kurs tələbələri arasında intellektual macəra janrında – “Kvest” təfəkkür oyunu keçirilib.

Tehsil.biz xəbər verir ki, oyunun əsas məqsədi tələbələrə sahibkarlıq və biznes sahəsində əsas iqtisadi anlayışları oyun prosesində, əyləncəli şəkildə öyrətmək, işgüzar ünsiyyət, komanda işi təcrübəsini aşılamaq, iştirakçıların liderlik və yaradıcılıq keyfiyyətlərinin inkişafına nail olmaq və tələbələri iqtisadi fənləri öyrənməyə həvəsləndirməkdir.

Aqrobiznes və idarəetmə fakültəsinin dekanı Əlöysət Əsgərov, Aqrobiznes və menecment kafedrasının müdiri Vahid Əmrahov və kafedranın bir qrup gənc müəllimin iştirakı ilə baş tutan tədbirin sonunda oyun haqqında müsbət fikirlər səsləndirilib, gənclərə tövsiyyələr verilib.

Sonda qalib komandaya hədiyyə və diplomlar, digər iştirakçılara isə sertifikatlar təqdim edilib və xatirə şəkilləri çəkdirilib.

Xəbər lenti