Azərbaycan Dillər Universitetinin Tələbə Elmi Cəmiyyəti, Skandinaviya mərkəzi, Regionşünaslıq, Fəlsəfə və İctimai əlaqələr kafedralarının birgə təşkilatçılığı ilə “Modern dünyanın dahiləri: Fridrix Nitsşe” sənədli filmin müzakirəsi keçirilib.
Filmin müzakirəsi zamanı tələbələr- Nərgiz Bəhmənli, Ayxanım Xəlilova, Zaliyeva Göyçək, Röya Cəfərli, Jalə Eyvazova,Mirzəyeva Gülnur sənədli filmin əsas məqamları barədə öz fikirlərini bildiriblər.
Skandinaviya mərkəzinin müdiri Vüsalə Əfəndiyeva - Nitsşe fəlsəfəsinin əhəmiyyəti, Regionşünaslıq kafedrasının dosenti Aqil Şahmuradov - Nitsşenin yaşadığı dövrünün tarixi əsasları və səciyyələri, Fəlsəfə və İctimai elmlər kafedrasının dosenti Şükufə Cabbarova Nitsşe fəlsəfəsinin Dünya fəlsəfəsində yeri və rolu, Fəlsəfə və İctimai elmlər kafedrasının müəllimi Tural Cəfərov -Nitsşenin yaşadığı dövrdə dəyərlərin öz əhəmiyyətinin itirilməsi, Tələbə Elmi Cəmiyyətinin müdiri və Regionşünaslıq kafedrasının müəllimi Elşən Məcidov isə Nitsşenin “Dədcal” əsərində Tanrı-Kahin obrazının analizi haqqında çıxış ediblər.