Logo

"Muzeylərimizi tanıyaq və tanıtdıraq”adlı interaktiv ekskursiya layihəsi həyata keçirilir

22.11.2021 19:31 503 baxış
IMG

Azərbaycan Respublikası Təhsil Naziriliyinin dəstəyi,Respublika Uşaq- Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə cari ilin noyabr-dekabr aylarının şənbə-bazar günlərində “Muzeylərimizi tanıyaq və tanıtdıraq”adlı interaktiv ekskursiya layihəsinin həyata keçirilir. Layihənin məqsədi regionlarda yaşayan aztəminatlı ailələrin övladları,şəhid övladları,həmçinin valideynlərini itirmiş  və valideyn himayəsindən  məhrum olmuş və ya bir valideyni vəfat etmiş və o biri valideyninin əlilliyi olan məktəblilərin muzeylərə interaktiv ekskursiyalarının təşkil etməklə, məktəblilərin asudə vaxtlarının  səmərəli təşkili həmçinin,onların dünyagörüşünün,bilik və bacarıqlarının artırılması,məktəblilərin muzeylərin kolleksiya fondu ilə tanış etmək,şagirdlərə ölkəmizin qədim tarixi,milli-mənəvi  dəyərləri barədə  daha ətraflı məlumat verməkdən ibarətdir.

Qeyd edək ki,21 noyabr 2021-ci il tarixində layihə çərçivəsində  Ucar rayonunun ümumtəhsil məktəblərindən ümumilikdə 432 nəfər V-XI sinif şagirdi,18 nəfər nəzarətçi müəllimin həmin layihədə iştirak etmişdir.İştirakçılar İçəri şəhər Dövlət Tarix-Memarlıq  muzeyində olmuş,Şirvanşahlar sarayı, Qız qalası tarixi abidələri ilə tanış olmuşlar.

Xəbər lenti