Logo

PAŞA Həyat şirkətinin nümayəndələri BANM tələbələri üçün təcrübə proqramı həyata keçirib

23.11.2021 10:09 1277 baxış
IMG

Bakı Ali Neft Məktəbi (BANM) ilə əməkdaşlıq çərçivəsində PAŞA Həyat şirkətinin İnsan Resursları üzrə nümayəndələri tərəfindən BANM tələbələri üçün iki günlük info-sessiya təşkil edilib. 

Tehsil.biz xəbər verir ki, ilk gün ərzində tələbələr PAŞA Həyat şirkəti ilə tanışlıq, mövcud vakansiyalar, təcrübə proqramları və digər imkanlar barədə məlumatlandırılıb.

Görüş zamanı iştirakçılar Tərcümeyi-hal formasının düzgün tərtibi, eləcə də Tərcümeyi-hal formasında əks olunmalı vacib məqamlar barədə dəyərli məlumatlar əldə ediblər.

 Növbəti gün isə nümayəndələr tələbələri real müsahibə mühiti yaradaraq gələcəkdə bu cür situasiyada doğru davranma qaydaları ilə tanış ediblər. Görüşlər zamanı qurumun İnsan resursları nümayəndələri tərəfindən tələbələr arasında interaktiv oyunlar keçirilib və onlara müxtəlif hədiyyələr təqdim olunub.

Xəbər lenti