Logo

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsi laboratoriyasında təcrübə aparılıb

23.11.2021 15:57 1004 baxış
IMG

Naxçıvan Dövlət Universiteti  “Tibb” fakultəsinin “Tibb” ixtisası üzrə II kurs tələbələrinə  “Normal fiziologiya” fənnindən “Sinir - əzələ preparatının hazırlanması” mövzusunda laboratoriya dərsi keçirilib.

Fakültənin müəllimi Ləman Kərimovanın rəhbərlik etdiyi dərsdə qurbağa üzərində əzələ təqəllüsünün yaranması, sinirlərdə oyanmanın nəql olunması, temperaturun əzələ təqəllüsünə təsiri, qıcıq qapısının səviyyəsinin təyini, ürək əzələsinin fəaliyyətinin müşahidəsi aparılıb. 

Onurğa beyni refleksləri öyrənilən qurbağanın hərəkətsizləşdirilməsinin üsulları nümayış etdirilib. 

Xəbər lenti