Logo

Kardiologiya sahəsində yeniliklərə dair seminar keçirilib

23.11.2021 16:08 434 baxış
IMG

Bütün dünyada olduğu kimi, Azərbaycanda da insanları narahat edən xəstəliklər arasında ürək xəstəlikləri xüsusi yer tutur. Ona görə də mütəmadi olaraq bu mövzuda seminar və təlimlər təşkil edilir.

Bu gün ATU-nun Tədris Cərrahiyyə Klinikasında damar və ürək-damar cərrahları üçün seminar keçirilib. Almaniyanın Mannheim Cərrahiyyə Klinikasının layihəsi olan seminarda tez-tez rastlaşdığımız kardioloji xəstəliklərə müasir tibbi yanaşmalar və kardiologiya sahəsində yeniliklər müzakirə olunub. ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev, klinikanın tədris və elmi məsələlər üzrə direktor müavini, professor Davud Pənahov, damar cərrahı, professor dr. Məhəmməd Kərimov seminarda çıxış edərək kardiologiya sahəsində qazanılan uğurlardan, eləcə də mövcud problemlərdən söhbət açıblar. Bu mövzuda seminarın həm biliklərin artırılması və mübadiləsi, həm də praktikanın gücləndirilməsi baxımından önəmli olduğu diqqətə çatdırılıb.

Seminarda Mannheim Universiteti Xəstəxanasının Damar cərrahiyyəsi şöbəsinin professoru dr. Michale Keesenin “Torakal aorta cərrahiyyəsində yenilliklər”, Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin prezidenti, professor dr. Kamran Musayevin “Torakal aorta cərrahiyyəsində Azərbaycan təcrübəsi” mövzusunda məruzələri dinlənilib. Eyni zamanda Mannheim Universiteti Xəstəxanasının Damar cərrahiyyəsi şöbəsinin uzmanı, ATU-nun məzunu dr.Vüqar Yaqublu seminarda rezidentlərin iştirakı ilə praktiki cərrahi təhlil aparıb.

Seminarın işində kardiocərrahlar, kardioloqlar, rezidentlər və rezidentura şöbəsinin Tədris Cərrahiyyə Klinikası üzrə məsul şəxsi, assistent Namiq Xəlilov iştirak ediblər.

Xəbər lenti