Logo

ADNSU-da Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

23.11.2021 18:19 326 baxış
IMG

Noyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorektorlar, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun “Humanitar fənlər”kafedrasının müdiri, professor Camal Mustafayev Prezident İlham Əliyev tərəfindən cari ilin “Nizami Gəncəvi ili” elan olunmasını mədəniyyətimizə  və milli-mənəvi dəyərlərimizə göstərilən yüksək dəyərin təzahürü olduğunu deyərək dahi şairin zəngin irsinin daha dərindən öyrənilməsi və dünyada geniş təbliği baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun  “Nizamişünaslıq” şöbəsinin əməkdaşı, Nizamişünas alim Təhminə Bədəlova çıxışında dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq  və zəngin irsindən danışıb.

Sonra ADNSU-nun “Humanitar fənlər” kafedrasının professoru, f.ü.e.d. Rüstəm Kamal Nizami Gəncəvinin  “Xosrov və Şirin” poemasında jestlərin poetikası, kafedranın dosenti, f.ü.f.d. Yaşar Əhmədov isə Nizami Gəncəvinin fəlsəfi görüşləri mövzusunda çıxış ediblər.

Tədbirin sonunda “Humanitar  fənlər” kafedrasının baş müəllimi Könül  Abdullayevanın rəhbərliyi ilə ADNSU tələbələri tərəfindən  N. Gəncəvinin  qəzəlləri əsasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Xəbər lenti