Logo

Prezident Fərhad Xəlilovu təltif etdi

23.11.2021 19:38 607 baxış
IMG

Prezident İlham Əliyev Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovla bağlı sərəncam imzalayıb.

Tehsil.biz xəbər verir ki, sərəncama əsasən, Azərbaycan təsviri sənətinin inkişafında və təbliğində uzunmüddətli səmərəli fəaliyyətinə görə Fərhad Qurban oğlu Xəlilov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, F. Xəlilovun noyabrın 26-da 75 yaşı tamam olacaq.

Xəbər lenti